Fotosessiya
Fotosessiya

Seda Kadir haqqında danışdı...

Seda Kadir haqqında danışdı...

Türkiyəli müğənni, aparıcı Seda Sayan ötən ay məkanların birində qadınla səmimi şəkildə görüntülənən Kadir Doğulu haqda danışıb.

OLAY yazır ki, jurnalistlərə açıqlama verən sənətçinin sözlərinə görə, Kadirin hərəkəti yanlış anlaşılıb:

“Kadir və Neslihanı çox sevirəm. Onları bir-birinə çox yaraşdırıram, çox şirindirlər. Səs-küylü yerlərdə bəzi hərəkətlər bir az yanlış anlaşıla bilər. Kadir “Dinləyirəm” – deyibsə, yəqin elədir. 

Həyat yoldaşım mənsiz kluba gedə bilməz. Mən də onsuz getmərəm. Əgər o, kişi dostları ilə, mən də qadın dostlarımla gedirəmsə, nəsə olarsa, Çağrının hesabat verməsinə icazə vermərəm. O da bunu bilir. Mənə belə şeylərlə gələ bilməz. Mənim məyus olunmağıma icazə verməməlidir. Onu mən də məyus etməməliyəm. Bu mövzu ümumiyyətlə, insanı qıcıqlandırır”.

Qeyd edək ki, mayın 1-i Neslihan Atagüllə Kadir Doğulu Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüş keçirən zaman aktrisa yayılan iddialara “Biz nə olursa-olsun, bir-birimizi günahlandırmadan öncə oturub gözlərimizin içinə baxıb, nə varsa – nöqsanlarımızı, səlahiyyətlərimizi müzakirə edirik. Bunu anamla, qardaşımla, çox yaxın dostlarımla edə bilmirəm, amma Kadirlə edirəm. Kadir mənə ata və anamdan da yaxındır” – cavabını vermişdi.