Məşhur müğənni Keti Perri Kral Çarlzın tacqoyma mərasimindən sonra təşkil olunan konsertdə çıxış edib.
OLAY yazır ki, sənətçi kral ailəsi üzvləri və minlərlə tamaşaçı qarşısında “Roar” mahnısını ifa edib. Keti konsert üçün qızılı rəngli, parıltılı, şıq libas geyinib.
Bundan başqa, gecədə məşhur müğənnilər Nikol Şerzinger, Mark Ouen, Lionel Riçi, “Take That” qrupu, vokal ifaçısı Andrea Boçelli və başqaları da çıxış ediblər.