Fotosessiya
Fotosessiya

İlk görüşdə bu sualları verməyin!

İlk görüşdə bu sualları verməyin!
Hər görüşün iki ssenarisi olur. Birincisi, xoş söhbət, bol qəhqəhə və axıb gedən zaman. İkincisi, bir-birinizə verdiyiniz mənasız suallardan bezib, dostunuza “Tez mənə zəng et” mesajını yazdığınız və təcrübə kimi baxdığınız görüş.


Görüşün çox vaxt birinci versiyada olduğu kimi nəticələnməyini istəsəniz də, bəzən yarı həyəcan, yarı utanğaclıqla verdiyiniz suallar söhbətinizi mənasızlaşdıra bilər. Bəs ilk görüşünüzdəki uğursuzlquları minimuma necə endirmək olar? Elə isə oxuyun. 

OLAY-ın sizə tövsiyələri var. İlk görüşdə verməməli olduğunuzu 4 sualı təqdim edirik. 


Birincisi, nə qədər pul qazanırsan?

İlk görüşünüzdə söhbətiniz uzansa, səmimiyyətiniz artsa da, qarşı tərəfin aylıq gəliri ilə maraqlanmayın. Pulu ilk görüşünüzün kənarında saxlamalısız. Çünki bu sual nəinki ilk görüşlərdə hər zaman insanı narahat edə bilir. Yəni qarşı tərəf özünü narahat hiss etsə, görüşünüzün uğursuzluqla nəticələnməsinə gətirib çıxaracaq. Maddiyyat sizin üçün önəmlidirsə, bu sualı sonrakı görüşlərinizdə verin. Əgər ilk dəfədən bu sualı veribsinizsə, zəng edəcəyini desə də, siz o telefonun başında gözləməyin. Çünki nə yazacaq, nə də zəng edəcək. 


İkincisi, ciddi münasibət düşünürsən?

İlk görüşün əsl məqsədini xatırlayın. Qarşınızdakı şəxsi tanımaq istəyirsiz, yoxsa səhəri gün evlənmək? İlk görüşdə həyatınıza daxil etmək istədiyiniz şəxsi tanımaq lazımdır. Buna görə də, ilk addımda bu şəxslə uyğunlaşıb-uyğunlaşmayacağınızı anlamağa çalışın. Bu sualların əvəzinə başqa mövzulardan danışın. Məsələn nələrdən xoşu gəlir, hobbiləri nələrdir, hansı janrda mahnıları sevir kimi suallar sizə kömək olacaq. 

Üçüncüsü, keçmiş sevgilindən niyə ayrıldın?
 
İlk görüşdə bu tipli suallar durğunluqlara və yanlış anlaşılmalara gətirib çıxarır. Ətrafı qırmızı bayraqlarla dolu olan bu sualın cavabı özəldir və sizin xoşunuz gəlməyə bilər. 


Dördüncüsü, hesabı sən ödəyərsən?

Çox kobud səslənən bu sual qarşı tərəfə hesabı ödəməkdən başqa yol qoymur. Hesabı kimin ödəcəyi ilə bağlı narahatlığınız varsa, bu məsələni öncədən danışmaq və ya maddi durumunuzun yaxşı olduğu bir vaxta görüşü təxirə salmaq sizin üçün ən uyğunudur.

İlk görüşün sadəcə bir giriş olduğunu unutmamalısınız. Sağlam və xoşbəxt bir münasibət istəyirsinizsə, qarşı tərəfin şəxsi sərhədlərini pozmamaq və rahatlığına  diqqət etmək önəmlidir.  Unutmayın ki, bir-birinizdən xoşunuz gəlsə, bütün mövzulardan danışa biləcəyiniz çox görüş olacaq.