Amerikalı aktrisa Zendaya ötən gecə həmkarı Timoti Şalamet ilə birgə “Dune: İkinci hissə” filminin qala gecəsinə qatılıb.
OLAY yazır ki, sənətçilər Las-Veqasda keçirilən “CinemaCon”un keçirdiyi mərasimə şıq görünüşləri ilə damğa vurublar.
Belə ki, Timoti qara dəst, Zendaya isə səfiri olduğu “Louis Vuitton” brendinə məxsus qəhvəyi tonlarda kostyum geyinib.
Sosial şəbəkələrdə xüsusilə, aktrisanın “look”u bəyənilib.