Kadir Doğulu və Neslihan Atagül barədə iddialar səngimək bilmir.
OLAY yazır ki, bu dəfə prodüser Erol Köse “İkinci sayfa”nın iddiasına dəstək verib.
O, Kadirin keçmiş futbolçu Oktay Derelioğlunun keçmiş həyat yoldaşı Sezer Çakırla evləndiyini yazıb. Təriqət nikahı kəsildiyi bildirilən aktyorun bu evliliyindən Neslihanın da xəbərdar olduğu bildirilib.
“Xəbərim var, dinimizdə 4 xanıma qədər icazə var”, - deyə, aktrisanın söylədiyi iddia olunur.
Qeyd edək ki, “İkinci sayfa” proqramının aparıcıları Müge Dağıstanlı və Gülşen Yüksel sənətçinin uzun zamandır baş hərfi “S” hərfi olan bir qadınla birlikdə yaşadığı iddia olunmuş, “Qadına ev tutub, hətta molla kəbini kəsdirib. Bu vəziyyəti Neslihan da bilir. Hətta qadını ailəsindən istəməyə gedib” sözləri söylənmişdi.