Bir müddət əvvəl küsüb, barışan aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (İcelinee) ildönümləri ilə bağlı paylaşım edib.
OLAY yazır ki, toylarından görüntülər paylaşan cütlük ailə qurmaqlarından 6 il ötdüyünü bildirib.
Aysel həyat yoldaşı ilə fotosuna “Sevgimiz sonsuz olsun” sözlərini yazıb.
İlkin isə bəy libasında şəklini “6 il öncə elə bu vaxtı həyəcan içində onlara gedirdim” şərhi ilə paylaşıb.
Qeyd edək ki, cütlüyün bir qızı var.