Fotosessiya
Fotosessiya

“Çox keçməz sevindirərəm sizi”

“Çox keçməz sevindirərəm sizi”

Müğənni Çingiz Mustafayev yeni paylaşım edib.

OLAY yazır ki, sənətçi təzə  fotosessiyası üçün İsmail Rzayevin obyektivi qarşısına keçib və növbəti layihə üzərində çalışdığını bildirib.

O, bu barədə instaqram hesabında izləyiciləri arasında sorğu keçirib:

“Bu günə qədər bəstələdiyim, yayımladığım həm pop, həm də elektron janrda olan ifalar arasında ən çox hansını bəyənirsiniz? Çox keçməz sevindirərəm sizi”.

Ç.Mustafayevin bu müraciətindən sonra ən çox adı çəkilən mahnı onun “ Tənha gəzən” ifası olub.