Aparıcı və aktrisa Turanə Hüseynli “Azərbaycan Kinosu - 125: Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilən Kino Forumu ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi instaqramda tədbirdən foto yerləşdirib. Lakin Hüseynli kino sənayemizdə danışa biləcək bir həmcinsi olmadığı üçün təəssüflənib:
“Bu mənzərəyə yaxşı baxın. Azərbaycan kino sənayesində söz öncülü olan qadın çıxışçı yoxdur. Çox təəssüf”.