“Özümü yetim kimi hiss edirəm. Hüquqlarımı qoruyan bir qurum yoxdur”
OLAY APA-ya istinadən yazır ki, bu sözləri “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda aktyor Taleh Yüzbəyov deyib.
Onun sözlərinə görə, kino adamlarının hüquqlarının qorunması üçün assosiasiya yaradılması ilə bağlı təklif versələr də, məsələ yubanır:
“Bununla bağlı təklif irəli sürmüşdük. Hələ də yubanır. Bizə bu məsələdə yardım edilməsini istəyirəm. Bir assosiasiya yaradılsın, aktyorların hüquqları qorunsun”.