“Azərbaycanfilm” kinostudiyası bir neçə il dövlət dotasiyasında olsun”.
OLAY Oxu.Az-a istinadən yazır ki, bu sözləri “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev deyib.
Onun sözlərinə görə, agentlik özünə yer tapana qədər maliyyə köməyi olmalıdır:
“O, ümumi kino bazarına qatılana qədər dəstəklə təmin olunsun. Təklif edərdim ki, kino adamları təhsil üçün xaricə göndərilsinlər”.
R.Balayev qeyd edib ki, dramaturqların yetişməsinə ehtiyac var:
“Kino Agentliyi yaradılacaq. Ora seçilmək istəmirəm. Lakin istərdim ki, ölkəsini sevən, kinomuzu bilən adamlar oraya toplaşsınlar”.