Türkiyənin tanınmış aktrisası Tuba Büyüküstünün balmumu heykəli hazırlanır.
OLAY yazır ki, bu heykəl “Madame Tussauds İstanbul”da sərgilənəcək. Həmçinin, heykəlin hazırlıqlarına artıq başlanılıb.
Birinci mərhələdə Büyüküstünün ölçüləri götürülüb. İstanbulda aktrisanın 360 dərəcə ilə fotoları çəkilib. Sənətçinin diş quruluşu, saçı, dərisi, göz rəngi kimi xüsusiyyətləri qeyd edilib.
Heykəlin 2022-ci ildə sözügedən muzeydə sərgilənəcəyi söylənilib.