Fotosessiya
Fotosessiya

“Firuzə İbadova həbsimə etiraz etdi” – Mübariz Mənsimov

“Firuzə İbadova həbsimə etiraz etdi” – Mübariz Mənsimov

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Əməkdar artist Firuzə İbadova ilə görüşüb.

OLAY yazır ki, bu barədə Mənsimov özü paylaşım edib.

“Azərbaycanın Əməkdar artisti, görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi Firuzə İbadova mənim qonağım olub. Firuzə xanım əsl kişi xasiyyətli insandır. Həbsdə olduğum müddətdə Firuzə xanım məni yalnız buraxmadı, dəstək olmaq üçün bilet alıb İstanbula gəldi, saxlandığım həbsxananın qarşısında saxta ittihamlarla həbsimə etiraz səsini ucaltdı. Firuzə xanım mənimlə bağlı bütün məhkəmə proseslərində iştirak edib. Belə mərd, sədaqətli insandır, Firuzə xanım. Gözəl və mərd Azərbaycan xanımı”, - deyə, o, bildirib.