Fotosessiya
Fotosessiya

Qonşusu Nəsrinlə dava etdi

Qonşusu Nəsrinlə dava etdi

Türkiyədə fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadənin qonşusu ilə problem yarandığı iddia edilib.

OLAY yazır ki, altı ay öncə 16 illik pişiyi Çikonu, daha sonra isə Apini itirən sənətçi kədərini azaltmaq üçün Arnavutköy ərazisindəki evinin ətrafındakı kiçik dostlarını yemləməyə başlayıb.

Təxminən, 15-ə yaxın pişiyi binanın içərisində yedizdirən Nəsrinə qonşusundan etiraz gəlib. Aktrisanın pişiklərə baxmağından narahat olan və bunun dayandırılmasını tələb edən qonşusu ondan mühafizəçilərə şikayət ünvanlayıb.

Qonşusunun hər fürsətdə Nəsrinə qışqırdığı, onların dalaşdığı bildirilib.