Fotosessiya
Fotosessiya

Bu yazın trend saç rəngləri!

Bu yazın trend saç rəngləri!

Əvvəlki illərdən fərqli olaraq, bu mövsüm heç bir böyük dönüş və sürpriz yoxdur dmeək daha düzgün olar! 90-cı illər və Y2K bu mövsümün saç rənglərinə liderlik edərkən çəhrayı tonlar “Barbiecore”dan ilhamlanaraq addım-addım zirvəyə yüksəlir.

Yeni mövsümə yeni saç rəngi ilə girmək o qədər də pis səslənmir, bəs, sizcə?

OLAY sizə bu ilin trendlərini təqdim edir:

İlham qaynağımız Y2K

Cəsarətli saç rəngi istəyirsiniz? Cavabınız “hə”dirsə, deməli, doğru yerdəsiniz. 2000-ci illərdə Rihanna ilə bütünləşən qırmızı saç rəngi parlaq və cəsur duruşu ilə artıq ürəkləri fəth etməyə hazırdır.

Sarışınlar geri gəlir!

Saç rəngi trendlərindən danışarkən sarışınları siyahıya salmayacağımızı düşünmürdünüz, elə deyilmi? Ay işığından ilhamlanan bu ton ənənəvi sarışın saçlar kimi “emosional” görünüş yaratmamaqla diqqət çəkir.

Müasir toxunuşlar...

Keçmişə olan həsrətinizi aradan qaldırmağa qərarlı olan bu tendensiya 90-cı illər və indiki dövr arasında körpü rolunu oynayır. İncə toxunuşlarla saçlarınıza yüksək kontrastlı bir rəng gətirə və günəşin bütün parlaqlığını saçlarınıza daşıya bilərsiniz!

Sarının 50 çaları...

Əgər gördüyünüz bütün sarı rənglərdən daha “yumşaq” görünüş təqdim edən saç rəngi axtarırsınızsa, təbiətin sakitləşdirici kimliyindən ilhamlanan bu sarı çalara bir şans verə bilərsiniz. Bambuk sarısı olaraq da bilinən bu çalar yaz aylarının yüksələn ulduzudur.

“Barbiecore”, Yenə!

Xatırlayırsınızsa, keçən il “Barbiecore” trendi vasitəsilə qarderoblarımızı tamamilə yeniləmişdik. Saç rəngi mövzusunda çox iddialı olan “barbiecore” yeni mövsümlə birlikdə pastel və şirin çəhrayı kimi romantik çalarları sınamağı tövsiyə edir.

Qəhvə sevgisi...

Kokosdan ilhamlanan bu rəng qəhvəyi tonları sevənlər üçün idealdır. Xüsusilə üz cizgilərinizi ön plana çıxarmaq istəyirsinizsə, üz konturundan başlayaraq açıq qəhvəyi tonlardan istifadə edib yaz aylarına təravətli giriş edə bilərsiniz.