Müğənni Ayan Babakişiyeva doğum günü yığıncağını təxirə salıb.
OLAY yazır ki, bu barədə müğənni, instaqram hesabında paylaşım edib.
O, sərhəddəki gərginliklə bağlı doğum gününü qeyd etməyəcək:
“Bu gün doğum günüm olsa da, vətənimin 3 şəhid verdiyi ərəfədə nəinki doğum günü qeyd edə, heç bu barədə düşünə də bilmərəm. Bir Allah bilir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərləri necə ürəkağrısı ilə oxuyurdum. 3 şəhidimiz var. Allahdan onlara rəhmət, ailələrinə, doğmalarına səbr diləyirəm. Bu hislər mənə yad deyil. Bu gün mən, əzizlərim, doğmalarım rahat yaşayırıqsa, bu vətən keşiyində dayanan mərd oğulların , igid əsgərlərin sayəsindədir. Düşmənlə üzbəüz dayanan hər bir hərbçimizin evlərinə sağ- salamat dönmələrini arzu edirəm. Bu gün həm də Qədr gecəsidir. Ailəliklə birlikdə əsgərlərimiz üçün dualar edirik. Allah hər birinin yardımçısı olsun. Doğum günümü təbrik edən hərkəsə isə minnətdarlığımı bildirirəm”.