Fotosessiya
Fotosessiya

Milli Məclisdə Tolikdən danışıldı

Milli Məclisdə Tolikdən danışıldı

Milli Məclisin bu günə olan iclasında aparıcı-prodüser Tarix Əliyevdən (Tolik)  danışılıb.

OLAY yazır ki, deputat Ceyhun Məmmədov çıxışı zamanı 3 saylı Uşaq Evinin sakini ilə bağlı problemin MTV-nin efirində həll edildiyini bildirib:

“Bu yaxınlarda sosial şəbəkələrdə bir yeniyetmənin uşaq evi ilə bağlı problemləri işıqlandırıldı. Bu məsələ ilə bağlı dövlət qurumları adekvat davranmadı. Sonda isə cəmiyyət görür ki, problemi dövlət qurumu yox, TV aparıcısı həll etdi. Müvafiq qurumlar belə məsələlərə qarşı həssas və diqqətli olmalıdır”.

C. Məmmədovun fikirləri “Qafqazinfo”da dərc edilib. 

Qeyd edək ki, son günlər 3 saylı Uşaq Evinin sakini olan yeniyetmənin həmin məkanı tənqid etdiyi üçün Psixi Xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.

Günlərlə davam edən müzakirələrdən sonra aparıcı Tarix Əliyev həmin yeniyetməni efirə çıxararaq Uşaq Evinin direktoru ilə görüşdürdüyünü, məsələnin həll edildiyini bildirmişdi.