Fotosessiya
Fotosessiya

Günay o müğənnilərdən şikayətləndi

Günay o müğənnilərdən şikayətləndi

“Müğənnilər butikimə gəlmirlər. Düşünürəm ki, onlar öz eqolarından bunu özlərinə sığışdırmırlar. Amma mənim butikimin qapısı hər bir sənət yoldaşlarımın üzünə açıqdır. Kim istəyir, gələ bilər. İstərdim ki, qapıma gələn məşhurun geyim tərzini dəyişim, o, fərq görünsün”. 

OLAY yazır ki, bu sözləri müğənni Günay İbrahimli “MTV maqazin”ə açıqlamasında bildirib. O, sahib olduğu atelyeyə məşhur simaların gəlmədiyini bildirib. Sənətçi bunun səbəbini də açıqlayıb:

“Atelyemə biznes kimi baxıram, sənətimə isə sənət kimi baxıram. Əlbəttə ki, sənətimdən daha çox pul qazanıram. Zamanımın çox hissəsini butikdə keçirirəm. Hər zaman özümə məxsus geyim butikimin olmasını istəmişəm. Sadəcə maddi problemlər olduğundan işi tez qura bilmədim”.