Türkiyənin “Survivor” yarışmasının iştirakçısı Sercan Yıldırım nişanlısı Nihan Yönel ilə evlənib.
OLAY yazır ki, toy ötən gün Bursadakı otellərin birində baş tutub. Yıldırımın xoş günündə bir çox tanınmış sima iştirak edib. Onun nikah şahidi baş məşqçisi Ertuğrul Sağlam olub.
Sercan həmçinin, toya Mert Öcal, Semih Öztürk kimi “Survivor” iştirakçılarını çağırıb.
Gecənin əsas qonaqlarından biri də peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev ( Kobra Pərviz) olub.