Builki “Avroviziya” təmsilçilərimiz Tural və Turan Bağmanovlar müsabiqənin keçiriləcəyi Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə bir araya gəlib.
OLAY yazır ki, onlar Zaqatalada çəkilişdə görüşüblər. Bu barədə bloger Orxan Hüseynzadə instaqramda paylaşım edib.
Qeyd edək ki, yarışma bu il Liverpul şəhərində keçiriləcək. Layihənin yarımfinalları 9, 11 may, böyük finalı isə 13 mayda baş tutacaq. Turan və Tural ölkəmizi “Tell me more” mahnısı ilə təmsil edəcək.