Musiqi
Musiqi

TikTok “Avroviziya”ya sponsor oldu

TikTok “Avroviziya”ya sponsor oldu

TikTok platforması bu il də “Avroviziya” mahnı müsabiqəsinin rəsmi sponsoru olub.

OLAY yazr ki, Avropa Yayım Birliyi yarışmanı canlı təqdim etmək, həmçinin eksklüziv çıxışlar və pərdəarxası məzmunu yayımlamaq üçün bu sosial şəbəkəni seçib.

Qeyd edək ki, müsabiqə Liverpul şəhərində keçiriləcək. Layihənin yarımfinalları 9, 11 may, böyük finalı isə 13 mayda baş tutacaq. 

Məlumat üçün onu da bildirək ki, ölkəmizi “Tell me more” ifası ilə Tural və Turan Bağmanovlar təmsil edəcək.