Musiqi
Musiqi

Azərbaycanın “Avroviziya”dakı çıxış nömrəsi bəlli oldu

Azərbaycanın “Avroviziya”dakı çıxış nömrəsi bəlli oldu

“Avroviziya-2023” mahnı müsabiqəsində yer alacaq ölkələrin yarımfinal çıxış nömrələri bəlli olub.

OLAY yazır ki, bu barədə layihənin rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.

Siyahıya əsasən Azərbaycan ilk yarımfinalda 12-ci nömrə altında çıxacaq.

Qeyd edək ki, müsabiqə Liverpul şəhərində keçiriləcək. Layihənin yarımfinalları 9, 11 may, böyük finalı isə 13 mayda baş tutacaq. 

Məlumat üçün onu da bildirək ki, ölkəmizi “Tell me more” ifası ilə Tural və Turan Bağmanovlar təmsil edəcək.