Fotosessiya
Fotosessiya

Valeh Kərimov Mingəçevirə köçdü

Valeh Kərimov Mingəçevirə köçdü

Xalq artisti Valeh Kərimov Mingəçevirə köçüb.

Bu barədə OLAY-a sənətçi özü məlumat verib. O bildirib ki, Mingəçevir Dövlət Dram teatrında çalışmağa başladığı üçün sözügedən şəhərdə yaşayır:

“Orada işləyirəm, orada qalıram. Tətil və bayram olanda da Bakıya gəlirəm. Məni həm quruluşçu rejissor, həm də aktyor kimi dəvət etdilər. Qəbul etdim, artıq buradayam”.

Qeyd edək ki, aktyorun sözügedən teatrda işə başlaması xəbərini lent.az yayıb.