Xalq artisti Ramiz Məlikin səhhətində problem yaranıb.
OLAY yazır ki, bu barədə ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov məlumat yayıb.
O bildirib ki, aktyorun ürəyində hər şey qaydasında olsa da, mədə-bağırsaq problemi aşkarlanıb:
“Bir az soyuqdəymə, bir az da mədə-bağırsaq problemi var. Onu çox sevdiyimiz və işinə ürəkdən inandığımız mütəxəssislərə göndərəcəyimə söz verdim”.