Tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşar AzTV ilə bağlı daha bir iddia ortaya atıb.
OLAY yazır ki, K. Yaşar kanalın ona maaşını ödəmədiyini bildirib.
“Hazırda AzTV ilə köhnə sevgili kimiyik. Verilişimi bağlayıb, amma işdən də tam çıxartmayıb. Di gəl, maaş da vermir”, - deyə aktyor feysbuk statusunda qeyd edib.