Bir müddət əvvəl yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanan rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadə sağalıb.
OLAY yazır ki, Aytac bir neçə gündür xəstəxanadan evə buraxılıb. Bununla bağlı F. Fətəliyeva paylaşım edib.
O, köməkçisi ilə fotosunu paylaşaraq onun səhhətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, A. Bayramzadə restorandan çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.