Rəqqasə Fatimə Fətəliyeva yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanan köməkçisi Aytac Bayramzadə ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Aytacla fotolarını səhifəsində yerləşdirən sənətçi çox məyus halda olduğunu vurğulayıb.
“Mənim əzizim, Aytacım, inan, nə dilim söz tutur, nə gözümün yaşı quruyur. Nə deyəcəyimi bilmirəm, sözlər boğazımda düyünlənir. Allah böyükdür. İnşallah sənin cavam canınan qıymaz, ailənə, bizə bağışlayaraq. Dualarımız səninlədir, gözəl qızım. Yazan, zəng edən, maraqlanan hər kəsə minnətdaram. İnaşallah ən qısa zamanda Aytacın ən xoş xəbərini birlikdə eşidərik”, - deyə, Fatimə qeyd edib.
Xatırladaq ki, Aytacı yolu keçmək istəyərkən maşın vurub.