Rəqqasə Fatimə Fətəliyeva yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanan köməkçisi Aytac Bayramzadə haqda danışıb.

Bu barədə sənətçi OLAY-a məlumat verib. O bildirib ki, Aytacın vəziyyəti yaxşı deyil:

“Musa Nağıyev adına xəstəxanada komadadır. Ancaq Aytacı “Mərkəzi Klinika”ya keçirmək lazımdır. Çünki vəziyyəti o qədər də yaxşı deyil. Şükür ki lap kritik vəziyyətdən çıxıb. Maşın vurub, amma sahibi qaçmayıb. Aytacı vurub sonra keçib, başqa maşınla toqquşub. Dəhşət bir şeydir (ağlayır – red.). Biz çəkilişdə idik, oradan taksiyə mindi, ad gününə getdi. Mən də evə getdim. Mən də həmin ad günündə olmalı idim. Amma evə getməliydim. O da çəkilişdən qızdırma ilə çıxıb, o halda getdi. Gecə 12 radələrində baş verib. Birinci mənə zəng ediblər”.

Qeyd edək ki, hadisə 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı “Kratos” restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

“Aytacı vurdu, sonra başqa maşınla toqquşdu” “Aytacı vurdu, sonra başqa maşınla toqquşdu”