Fotosessiya
Fotosessiya

Turan üsyan edərək vəsiyyətini açıqladı

Turan üsyan edərək vəsiyyətini açıqladı

Aparıcı Turan İbrahimov məşhurların dünyasını dəyişdikdən sonra yaxınlarının pərişan halda görüntülərinin paylaşılmasına etiraz edib.

OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesabında yazı paylaşıb.

“Vəfat etmiş məşhurların yerdə uzanmış cəsədini, məzara qoyulma anlarını, xüsusi ilə də doğmalarının pərişan vəziyyətini göstərməyi də, ona baxmağı da qeyri-etik sayıram. Sizcə də insanların ən özəl anlarını istismar etmirikmi?

Artıq ölümdən yox, öləcəyim halda özümün və doğmalarımın heç kimin görməsini istəmədiyim hallarının ən vulqar formada ortalığa töküləcəyindən qorxmağa başlamışam”, - deyə, Turan vurğulayıb.

Daha sonra isə İbrahimov fikirlərinə belə davam edib:

“Vəsiyyətimdir. Mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəyirəm. Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə, indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm”.