Fotosessiya
Fotosessiya

“5-ci element”in aparıcıları 7 il sonra

“5-ci element”in aparıcıları 7 il sonra

Bir zamanların məşhur verilişlərindən olan “5-ci element”in aparıcıları Kamilə Babayeva, Hüsniyə Məhərəmova, Ranar Musayev və Rüfət Ağayev illər sonra yenidən bir araya gəlib.

OLAY yazır ki, bu barədə R. Musayev sosial şəbəkə hesabında video paylaşıb.

““5-ci element” 7 il sonra”, - deyə, Ranar qeyd edib.

Onlar video boyunca verilişlə bağlı xatirələrini bölüşərək, köhnə günləri yada salıblar.

Qeyd edək ki, sözügedən proqram ATV-də yayımlanırdı.