WOW
WOW

“Tamamilə cəfəngiyyat söhbətdir”- İllər əvvələ qayıtdı

“Tamamilə cəfəngiyyat söhbətdir”- İllər əvvələ qayıtdı

“Hozu Cangüdən” filmində rol alan aktrisa və aparıcı Kamilə Babayeva ekran işinin qala gecəsində OLAY-ın suallarını cavablandırıb.

O, layihədən, Lider TV-dən, televiziyada aparıcı kimi fəaliyyətindən, qızından və digər məsələlərdən danışıb. Babayeva deyib ki, sözügedən filmdə rol alması təsadüfən olub:

“Biz ikimiz də qaxlıyıq. İlısunun Ulukörpüsündə rastlaşdıq, ideya orada yarandı. Filmə çəkilmək qərarına gəldim. Komediya  janrı mənim ruhuma daha yaxındır. Çünki özüm də deyib-gülməyi sevən biriyəm, mənə çox da çətin olmadı”.

““Zəif bənd” kimi güclü televiziya şousu ilə efirə qayıda bilərsiniz” sualına gəlincə sənətçi bunları söyləyib:

“Elə bir şey olsa, yaxşı olardı. Onun üçün böyük bir vəsait lazımdır ki, elə böyük layihələr ərsəyə gətirilsin. İnanıram ki, o günlər də uzaqda deyil. Zatən başqa kanallarda edilir, bu da xoş haldır”.

Babayeva uzun müddət çalışdığı Lider TV-nin bağlanmasından da söz açıb:

“Ümumiyyətlə bir şeyin bağlanması üzücüdür. Hər bir şeyin açılmağı, yeniliyi, hər bir pöhrənin çiçək açması gözəl haldır. İstəməzdik belə bir hadisə olsun. Amma bu da nə məndən, nə də digər əməkdaşlardan asılı idi”.

Aktrisa necə valideyn olması haqda sualı isə belə cavablandırıb:

“Mən nə desəm də, doğru olmaz. Nə qədər danışsam da, rəvayət kimi görünər. Kənardan baxan insanlar zatən buna qiymət verərlər”.

Son olaraq Babayeva toy mərasimində iki populyar xanım müğənninin əlbəyaxa dava etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib:

“Tamamilə cəfəngiyyat söhbətdir. Məncə, filmə fokuslanaq”.