Azərbaycan Televiziyasının Bədii rəhbəri Ranar Musayev işindən ayrılıb.
OLAY-ın əldə etdiyi məlumata görə, tanınmış aparıcı və prodüser özü bir neçə gün öncə ərizə yazaraq kanalla vidalaşıb.
Qeyd edək ki, R.Musayev bu vəzifəyə 2019-cu ilin qışında gətirilmişdi. Onun kanala transferindən sonra dövlət kanalında yeni proqramlar açılmış, televiziyada bir sıra məşhur simalar fəaliyyət göstərməyə başlamışdı. Nadejda İsmayılova, Hüsniyə Məhərrəmova, Kamilə Babayeva, Samirə Mustafayeva və başqaları yenidən ekranlara qayıtmışdı.
Eyni zamanda köhnə işçilərin yeniləri ilə əvəzlənməsini istəməyənlər kanalda qalmaqal yaratmış, bu barədə mediada dəfələrlə məlumatlar yer almışdı.