Məşhur müğənni Mahsun Kırmızıgül zəlzələdən əziyyət çəkənlərə yardımı reklam üçün edənləri sərt tənqid edib.
OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda məlumat paylaşıb.
“Zəlzələdə çarəsiz qalan şərəfli insanlarla, yetim uşaqlarla klip, foto, video çəkənlərdən xalq nifrət edir. Bu əsrin fəlakətində belə yardımları insanların gözünə soxaraq edirsiniz. Ayıbdır. Bir gün də insanların acılarına kamerasız şərik olun. Səmimi və dürüst olun”, - deyə, Kırmızıgül qeyd edib.