Məşhur aktrisa Eda Ecenin evlilik hazırlıqlarının detalları bəlli olub.
OLAY yazır ki, 20 iyunda toyu olacaq sənətçinin gəlinliyini Hollivud ulduzlarının dizayneri Zuhair Murad hazırlayacaq.
Qeyd edək ki, Zuhair həm də Cennifer Lopezin “Marry me” filmində rol alarkən geyindiyi gəlinliyi dizayn edib. Türkiyədə isə onun hazırladığı paltarları ən çox geyinən məşhur Ebru Gündeşdir.
Məlumat üçün onu da bildirək ki, Eda 5 ildir eşq yaşadığı basketbolçu sevgilisi Buğrahan Tuncerlə ailə quracaq.