Aktrisa Demet Özdemir haqqında yayılan xəbərlərə üsyan edib.
OLAY yazır ki, Demet ittihamlara cavab olaraq status paylaşıb. Açıqlama verməyə məcbur qaldığını deyən Özdemir bu sözləri yazıb:
“İnsanları şüphə altında qoymaq bu qədər asandır? Şiddət dolu dilinizə, ayıbınıza, vicdansızlığınıza yazıqlar olsun. Çətin günlərdən keçərkən, gündəmimiz ağrıları unutmamaq olmalıdır və gələcək üçün birlik etməliyik.
Mən və mənim kimi evli aktrisalarımızın şəxsi həyatına iddia adı altında edilən zorakılıq səbəbi ilə bu açıqlamanı utanaraq yayıram. Bu şiddətə yol verməyəcəyəm və bizi şüphə altına salanlardan hesab soruşacağam. Bundan sonra hər şər atanla mübarizəmi hüquq müstəvisində aparacağam. Bilin istədim. Bəsdirin!”.
Qeyd edək ki, Demetin həyat yoldaşı Oğuzhan Koçla dalaşdığı və evi tərk etdiyi iddia edilib. Bundan əlavə bir neçə gündür türk mediasında evli rejissorla eşq yaşayan aktrisanın da Özdemir olduğu söylənilib.