Aktyor Taleh Yüzbəyovun adından dələduzluq edilib.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb və izləyicilərinə aldanmamaları üçün xəbərdarlıq edib:
“Dostlar, qarşınıza mənim adımdan yarış və ya hədiyyə təklif edən səhifə çıxsa, inanmayın. Saxtakarlıqdır. Sizi aldada bilərlər. Xahiş edirəm, ehtiyatlı olun! Həmin səhifəni şikayət edin və “əbəjdadını” söyün, zəhmət olmasa”.