Fotosessiya
Fotosessiya

“Nişanı qaytaranda da necə məyus etmişdim səni...”

“Nişanı qaytaranda da necə məyus etmişdim səni...”

“Yuğ” Dövlət Dram Teatrının aktrisası Ləman Mərrih mərhum anası ilə bağlı status paylaşıb. 

OLAY yazır ki, ötən il dünyasını dəyişən valideyninin şəklini  instaqramda yerləşdirən sənətçi bu sözləri qeyd edib:

“Nişanım idi, anam qırmızı geyinmişdi. Ona bir az güldüm. Dedim, deyəsən, sevincək olmusan, ana. O da dedi, bilmirəm toyunda olacam, ya yox. Qoy nişanında qırmızı geyinim. Nişanı qaytaranda da necə məyus etmişdim səni...

Amma arxamda idi, lazım gələndə qarşıma da keçdi, özünü sipər etdi. Elə xırda şeylər ilişir ki, gözümə, adamı yandırıb tökür. Sənin üçün çox darıxıram, “mama”. Kaş belə olmazdı”.

Qeyd edək ki, sənətçinin nişan mərasimi ötən ilin fevralında baş tutmuşdu. O, Elnur Mehdizadə adlı bəylə nişanlanmışdı.