Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov (Navai) “Kapital Bank”la bağlı şikayət paylaşımı edib.
OLAY yazır ki, sənətçi bankın faizlərinə irad bildirib:
“Bakıdakı dostlarım, “Kapital Bank”dan istifadə etməyin. Yoxsa xarici ölkədə susuz belə qalacaqsınız. Bu kartla heç yana pul göndərməyin, heç nə almayın, karta nəsə qəbul etməyin. Hələ özü də bu, VİP xidmətdir. Bundan əvvəl başqa bir bankla çalışırdım, onlar lap müflis oldular”.