Fotosessiya
Fotosessiya

“Siz kimə lazımsınız?” – Asya sərt danışdı

“Siz kimə lazımsınız?” – Asya sərt danışdı

İnfluenser Asya Aslanova (Asyafuad) digər blogerlər Həmidə Hacıyeva (Hemistyle) və Banu Allahverdinin (Banuall) başına gələn xoşagəlməz hadisəyə münasibət bildirib. 

OLAY yazır ki, bu barədə fikirlərini o, instaqramda paylaşıb. Asya dostlarının başına şüşə atılmasına sərt reaksiya verib:

“Demək ki, çöldə gəzən bloger, müğənni deyilsə, tanınmayan bir insandırsa, bunun adı “bədbəxt hadisə” olur. Amma saydıqlarımdırsa, “əcǝb olub, betər olsunlar”? Budur insanlıq? Mən artıq fikirlərimi cümlələrə sığışdıra bilmirəm. Fikirlər get-gedə düzəlməli olduğu halda, niyə əksi baş verir? Niyə bəzi insanlar bu qədər mərhəmət yoxsuludur? Adım kimi əminəm ki, belə insanlar ətrafı tərəfindən sevilməyən, hörmət görməyən, daima onun-bunun qeybətini edən tiplərdir”.

Asya bundan əlavə video və yazılı status paylaşaraq xəbər səhifələrində qeyd edilən bəzi şərhlərə etiraz edib:

“Son zamanlarda bir şeyi müşahidə edirəm. İstər müğənnisi, istər aparıcısı, istər blogeri haqda nəsə xəbər paylaşılanda altında yazılan rəylər çox iyrənc və “kimə lazımdır bunlar?” tipli olur. Bəs bunu yazanlar, heç düşünmüsünüz siz özünüz kimə lazımsınız? Sizə lazım olan nədir? Siyasət, tibb, elm lazımdır. O zaman bunları izləyin. Adi özümdən götürürəm, bir kosmetika və ya həkim səhifəsi paylaşımı edəndə həmin hesaba yüzlərlə keçid olursa, bu kiminsə məndən faydalanması deməkdir.

Siz heç mi kimdənsə faydalanmırsınız? Əsla inanmaram. Oturaq gözləyək, görək insanlar nə zaman sosial şəbəkələrin, əsas da instaqramın mahiyyətini anlayacaqlar. Başınız gözəl işlərə qarışsın, qarışsın ki “gözəl” ürəyinizi rəylərdə göstərməyəsiniz.

Buna uzun müddətdir fikir verirəm. Xaricdən gələn müğənni paylaşılır, yazırlar ki, kimə lazımdır bunlar, niyə yayırsız. Bloger, aparıcı haqda məlumat verilir, yenə eyni şərhləri görürük. Anlamıram ki, siz media səhifələrini niyə izləyirsiz? Oradan kimin çıxmağını gözləyirsiz? Sizə maraqlı olan nədir? Özünüzə maraqlı olanları izləməlisiniz ki, digərləri də qarşınıza çıxmasın. Biz də bilirik ki, instaqramda hansı tip səhifələri izləyirsinizsə, “kəşf et”inizə də həmin tip səhifələr çıxır. Deməli, o adamlar sizə maraqlıdır ki, oxuyursunuz ki, həmin xəbərlər də qarşınıza çıxır”.