Fotosessiya
Fotosessiya

Kardaşyanlar “Met Gala”ya buraxılmayacaq

Kardaşyanlar “Met Gala”ya buraxılmayacaq

Kardaşyanlar ailəsinin builki “Met Gala”ya dəvət edilməyəcəyi iddia olunur. 

OLAY yazır ki, bəzi mənbələrdə ailənin gecədə yer almayacağı bildirilib. Bununla bağlı zaman-zaman fərziyyələr irəli sürülsə də, bu dəfə həqiqətən də yayılan xəbərlərin özünü doğruldacağı söylənilir.

Qeyd edək ki, K. Kardaşyanın ötən il əfsanəvi Merilin Monronun muzeydəki libasını geyinməsi və paltarı zədələməsi geniş müzakirə yaratmışdı. 

Sosial şəbəkələrdə çox istifadəçi Kimin libasa ciddi zərər verməsini qınamışdı.