Amerikalı TV ulduzu Kim Kardaşyan pop ikonası Merilin Monronun paltarını zədələyib.
OLAY yazır ki, onun “Met Gala”da geyindiyi libas xeyli zərər görüb. Belə ki, paltarın zəncirbənd hissəsi cırılıb, daş-qaşları tökülüb.
Bu da sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Çox istifadəçi Kardaşyanı tənqid edib.
Qeyd edək ki, həmin libası Merilin 1962-ci ildə həmin dövrdə ABŞ Prezidenti olan John F. Kennedinin ad gününə geyinmişdi. 60 illik bu don “Ripley’s Believe It or Not“ muzeyində saxlanılırdı. Deyilənə görə, Merilinin paltarı 5 milyon dollara alınıb bura qoyulmuşdu. Kardaşyan özü də bir dəfə həmin muzeydə görüntülənmiş, sözügedən paltarı icarəyə götürdüyü öyrənilmişdi.