“Mən iki qız atasıyam. Qız, qadın anlayışı mənim üçün bir başqadır. Qadını zəif yox, zərif görmək istəyirəm”.
OLAY yazır ki, bu sözləri instaqramda müğənni Samir Piriyev paylaşıb. O, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bunları qeyd edib:
“Cahil yox, savadı, peşəsi, sənəti, ailədə və cəmiyyətdə hörməti, dəyəri olsun istəyirəm. Öz seçimi, doğru qərarlarının, dünya görüşünün olmağını arzulayıram. Özünü inkişaf etdirsin ki, gözəl övladlar da yetişdirə bilsin. İlin hər günündə önəmli, dəyərli olan da, sevilən də, uğur qazanan da siz olasız. Yaxşı ki, bizi bu dünyaya qadın gətirib. Bayramınız mübarək”.