Fotosessiya
Fotosessiya

Nejat İşler depressiyaya düşdü

Nejat İşler depressiyaya düşdü

Məşhur türk aktyor Nejat İşler depressiyaya düşüb.

OLAY yazır ki, bu barədə sənətçinin özü bildirib.

Cihangirdə bir məkanda görüntülənən N. İşler fotolarının çəkilməsini istəməyib. O, həmçinin danışmaq istəyinin olmadığını da vurğulayıb. Lakin daha sonra aktyor fikrindən daşınaraq, jurnalistlərlə söhbət edib.

“Dostlar, zəlzələ səbəbindən əhvalım olduqca pozulub. Bu zəlzələ məni depressiyaya saldı. Madam ki, bu qədər gözləmisiniz, o zaman şəkil çəkə bilərsiniz. Amma daha sonra gözləməsəniz, sevinərəm”, - deyə N. İşler bildirib.