Məşhur qrafik dizayner Rəsul Həsənlə yazıçı Aysel Aydın Əlizadə arasında qalmaqal yaşanıb.
OLAY yazır ki, bu barədə Rəsul feysbukda paylaşım edib. O Aysellə arasında mübahisə yarandığını və yazraın onu təhqir etdiyini bildirib:
“Hər dəfə bir xəstə fikirli, bir tərbiyəsiz adam qarşımıza çıxmasa olmur. Aysel Aydın Əlizadə adlı biri 3 il əvvəl özünün “Qızlar Ağlamaz” kitabı üçün cover dizaynı istəyib. 5 versiya göndərmişəm. Onlardan birini seçib, bəyənib və istifadə edib. Ödəniş lazım olmadığını, ancaq narahat olacaqsa, simvolik bir ödəniş edə biləcəyini demişəm. O da simvolik 50 azn ödəniş edib. Məni tanıyarlar, kitab işində iş görənlər bilirlər. Bəlkə indiyədək 50 kitab etmişəmsə onun 90 faizi ödənişsiz olub, kim istəyibsə simvolik bir ödəniş edib və hamıya da belə demişəm, sırf kitab sektoruna dəstək olum deyə. Nəinki kitab istənilən dizayn işində əlimdən bir şey gəlibsə, təmənnasız, kimsə endirib istəyibsə, endirim etmişəm. Mən insanlıq borcumu yerinə yetirmişəm.
Bu kitab çıxandan sonra məndən (2 il əvvəl) “eşq və sevgi haqqında olacaq” yutub kanalı üçün loqo dizaynı istəyib. Loqo üçün 500 azn büdcə demişəm. Ona imkanı olmadığı üçün aşağı büdcə ayırdığını deyib. Mən də yenə insanlıq üçün, azad bloqer, jurnalist və s. deyib kömək xətrinə buna 50 faiz endirim etmişəm. Loqonun eskizlərini göndərmişəm, içindən bəyəndiyini seçib. Arsızlığına salıb əlavə yutub cover də istəyib. Heç ödəniş məsələsi olmadan. Hazırlayıb vermişəm. Loqonu təsdiq edib. Ödənişini edib və faylları e-mailinə göndərmişəm. Üstündən 1 ay keçib, yazıb ki, bəs loqoda dəyişiklik istəyirəm, orada “Aydın TV” yox, “Aysel TV” yazılmalıdır, əlavə ödəniş də edə bilərəm. Mən ödəniş lazım olmadığını və düzəlişi edəcəyimi demişəm. Bundan sonra unutmuşam, etməmişəm. Günah məndədir, ya bunu elə, ya da de ki, eləmirəm çıxsın getsin başqasına elətdirsin.
Bundan sonra məndən saytı barəsində kömək istəyib, bildiyim məlumatları bölüşmüşəm, hostinq, domen barəsində izahat vermişəm. Bu işi edə biləcək şirkət atmışam. Bir sözlə bacardığım köməyi etmişəm.
Sonra məndən “Qızlar Ağlamaz” kitabı üçün yenə də cover dizaynı istəyib. Yenə də bir neçə dizayn göndərmişəm. Birini bəyənib. Sonra məndən o kitabı üzündəki qızın üzünü ona bənzətməyimi istəyib. Amma o stildə qrafikanın bir adamın üz cizgilərinə bənzəməyəcəyini izah etmişəm. Yenə istəyib və bu fikrin absurd olduğu üçün işi yarımçıq qoyub etməmişəm. Və bu çəkdiyim əziyyətlərə görə də 1 manat belə pul almamışam, heç istəməmişəm də.
İndi bu qədər elədiyim şeyin, göstərdiyim dəstəyin və hörmətin qarşılığında bu “adam” bu gün axşam mənə yazdığının da skrinini yuxarıda paylaşıram. Arada bir konflikt olarsa, hər zaman bunu şəxsi müstəvidə həll etməyə çalışmışam, heç kimə qarşı ədalətsiz olmamışam. Olmuşamsa da, bunu dolayı yolla həmin adamın könlünü alacaq şəkildə bir şey etmişəm. Ancaq bu müstəsna tərbiyəsizlik formasına susqun qala bilməzdim. Qoy cəmiyyət belə adamları yaxşı tanısın. Adam mənə deyir ki, 2 il əvvəl siz mənə loqo yığmışdız, onun dəyişikliyini istəmişdim etməmisiz və siz eşşəksiz. Sonra deyir ki, sizin hazırladığınız kitab üzü pis gündədir, siz “çuşka”sız, kim baxır deyir bu nə kitabdır. Əgər bu pis idisə niyə ikinci dəfə istəyirdin kitab üzü? Niyə mənə loqo yığdırırdın?
Niyə bir “çuşka”yla iş görürsən? Deyir 50 manat səxavətliyimdən çox vermişəm. Havayı etmişəm mən bu işi. Bunu kimə desən gülər vallah. Halbuki mən demişəm lazım deyil, amma simvolik istəsəz, göndərə bilərsiz. Deyir dələduzsan. Dələduzluğum nədədir? Loqo istəmisən hazırlamışam, təsdiqləmisən və e-mailinə göndərib təhvil vermişəm. 1 ay sonra adı dəyişmək istəmisən. Pul vermisən? Yox. İşi vermişəm yox? Ortada alış-veriş yoxdur. Nəyin pulunu alıb verməmişəm sənə? İndi bu xəstə təfəkkürlü adamla necə olmalı? Özünüz ədalət tərəzisinə qoyarsız”.