Müğənni Fədayə Laçın da dünyasını dəyişən ilahiyyatçı Hacı Şahin Həsənlidən yazıb.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib.
“Çox acı xəbər oldu. Allah rəhmət eləsin... Yaxınlarıma demişdim ki, mən öləndə Hacı Şahin gəlsin, o gözəl sözləri ilə, şeirlə, qəzəllə məni dəfn edin. Bu arzum da gözümdə qaldı”, - deyə, müğənni bildirib.