Maykl Bi Cordan Calvin Klein-in 2023-cü ilin yaz kampaniyası üçün kamera qarşısına keçib.
OLAY yazır ki, 36 yaşlı aktyor brendin “Calvin Klein 1996”, “Athletic və Modern Cotton Performance” alt paltarı üslublarının birləşdiyi görüntüdə köynəksiz poza verib.
Onun şəkilləri bu gündən etibarən Nyu-York və Los-Ancelesdəki bilbordlarda nümayiş etdiriləcək.
Bu çəkilişdən əvvəl Maykl heç vaxt “Calvin Klein” üçün modellik etməyib. O, Karlos Alkaraz, Şon Mendes, Castin Biber kimi brend üçün alt paltarında modellik edən digər ulduzlara qoşulub.