Şon Mendes və həkim Coselin Miranda birlikdə görüntülənib.
OLAY yazır ki, 24 yaşlı müğənni və 51 yaşlı ulduz həkim çərşənbə axşamı səhər Los-Ancelesdə Runyon Kanyon Parkında gəzinti zamanı kameralara tuş gəlib.
Şon yürüşə köynəksiz qatılaraq fit bədənini nümayiş etdirib. Coselin isə “I love baby” yazılı köynəkdə gəlib.
Qeyd edək ki, onların sevgili olması barədə xəbərlər ötən ilin yayında Şonun həmkarı Kamila Kabellodan ayrılmasından sonra başlanıb.