Fotosessiya
Fotosessiya

Zenfiranın 15 minini oğurlayan şəxs saxlanıldı

Zenfiranın 15 minini oğurlayan şəxs saxlanıldı

Müğənni Zenfira İbrahimovanın həyat yoldaşı Anar Heydərovun maşınından 15 min manat oğurlayan şəxs saxlanılıb.

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb.

“Hazırda Nərimanov rayonunun polis bölməsinin qarşısında əyləşmişəm. Asəf adlı cinayətkar onlayn qumar oyunlarında pulunu uduzan bir şəxsdir. Həmin insan indi polis tərəfindən zərərsizləşdirilib. Mənə yazıbmış ki, anam xəstədir, kartı göndərib ki, yardım edin. Mənə indi polislər göstərib. Ondan-bundan pul alıb qumara verirmiş”.

Qeyd edək ki, bir neçə gün əvvəl Z. İbrahimova gecə saatlarında naməlum şəxsin A. Heydərovun maşınından 15 min manat pul oğurladığını açıqlamışdı.