Müğənni Zenfira İbrahimovanın başına iş gəlib.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. O bildirib ki, həyat yoldaşı Anar Heydərovun maşınından 15 min manat pul oğurlanıb:
“Hər vaxtınız xeyir olsun. Dünən gecə 2 radələrində həyat yoldaşım Anar Heydərovun avtomobilində avtoyuyucu Nəriman Nərimanov rayonunda, Çapayev adlanan ərazidə şəxsiyyəti məlum olmayan insan avtomobildən 15 min manatı oğurlayıb, qaçıb.
Gecədən 18-ci polis bölməsinin əməkdaşları cinayətkarı axtarmaq məqsədilə var gücü ilə çalışıb, təəssüf ki, hələ də azadlıqdadır. Mən cənab nazir Vilayət Eyvazova bir Azərbaycan vətəndaşı, anası, xanımı və sənətçisi kimi müraciət edirəm ki, məsələyə daha ciddi yanaşılsın. Çünki cinayətkar Anar Heydərovun nömrəsinə mesaj yazıb ki, məni polisə verməyin, pulunuzu qaytaracam. Amma özü tutulmayıb, hələ də azadlıqdadır. Mən Azərbaycan polisinə güvənirəm. Bilirəm ki, tez bir zamanda cinayətkar tapılacaq. Məsələyə daha da ciddi yanaşmağınızı sizdən xahiş edirəm”.