Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova növbəti dəfə zəlzələ ilə bağlı paylaşım edib.
OLAY yazır ki, bu barədə o, instaqramda status yerləşdirib. Dağıntılardan videonu izləyiciləriylə bölüşən sənətçi bu sözləri bildirib:
“Boğula-boğula ağlamadığım günüm yoxdur. Faydasız. Ruh halım mənə Xocalı Soyqırımındakı kədəri xatırladır. Bu dünyadan keçməmiş kimi yox olub gedən gülüşlər, isti yuvalar içimi yandırır”.