Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe zəlzələ səbəbindən evsiz qalan 12 ailənin kirayə haqqını ödəyib.
OLAY yazır ki, Halk TV-yə telefonla bağlanan sənətçi “Bir kira, bir yuva” kampaniyasına qoşulduğunu bildirib.
O, sözügedən ailələrin bir illik kirayə pullarını verəcəyini söyləyib: “Onlara təkcə maddim yardımı etmək istəmirəm. Sizdən tələb edirəm ki, həmin şəxslərlə əlaqədə olum. Onların digər ehtiyaclarını ödəyim”.